Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
121636
az

Noyabrın 7-dən sonra rayon maşınları Bakıya buraxılmayacaq? –AÇIQLAMA

13:2931 Oktyabr, 2024
105
CƏMİYYƏT
  • A

COP29-la əlaqədar paytaxt daxili yolların bir çoxuna giriş-çıxış məhdudiyyətləri tətbiq olunacaq. Digər tərəfdən, Bakının bir sıra küçə və prospektlərində tədbirlə bağlı marşurt xətləri hazırlanıb. Hazırda bir çox vətəndaşlar rayonlardan Bakıya gəliş-gedişin mümkün olub-olmayacağı ilə bağlı tərəddüd edir.

Bir çoxlarına görə, tədbir ərzində paytaxt ərazisinə giriş qadağan edilə bilər.

Oxu24.com  xəbər verir ki, mövzu ilə bağlı Yenisabah.az-a danışan nəqliyyat məsələləri üzrə ekspert İlqar Hüseynli bildirib ki, hələlik bu mövzuda hansısa qadağa və yaxud məhdudiyyət nəzərdə tutulmayıb:

 

Həmçinin oxu:  Tutulan ata və oğulun şok əməlləri üzə çıxdı

                            Rubl neçəyədir?— MƏZƏNNƏ

                            Evdən 400 ədəd ətçəkən oğurlandı- Şübhəli qonşularıdır

“Ümumiyyətlə, COP29-la bağlı nəqliyyatın hərəkəti və tənzimlənməsi ilə bağlı nəzərdə tutulan müəyyən normalar var. Bunlar artıq cəmiyyətə bəyan edilib. Bəyan olunan normalar içərisində rayondan gələn nəqliyyat vasitələrinin Bakı şəhərinə daxil olması ilə bağlı konkret qadağalar hələlik qüvvəyə minməyib. Bu barədə müəyyən tövsiyələr ola bilər. Yəni təcili işləri olmayan insanlar Bakı şəhərinə COP29-dan sonra gəlsələr, daha yaxşı olar. Mən düşünürəm ki, giriş-çıxış üçün hansısa qadağa tətbiq olunmayacaq”. 

Ekspert qeyd edib ki, COP29-la bağlı məhdudiyyətlər daha çox paytaxt daxili bəzi prospekt və yollara aiddir:

“Amma bir məsələ var ki, Bakının bir sıra prospektlərinə giriş-çıxış məhdudiyyəti var. Bildiyiniz kimi, COP29-un marşrut xətləri ilə bağlı artıq yollar ayrılıb. Bu zolaqlara giriş-çıxış qadağandır. Çox tövsiyə olunandır ki, tədbir dövründə vətəndaşlar daha çox Bakı şəhərindən kənarda istirahətə üstünlük versinlər. Vətəndaşlarımız bilavasitə bu kimi addımlarla COP29-un daha yaxşı keçirilməsinə öz töhfələrini vermiş olacaqlar”.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ombudsmandan seçkilərlə bağlı AÇIQLAMA
Gürcüstan AŞPA-da fəaliyyətini dayandırdı
Bakıya qarın yağmamasının SƏBƏBİ BİLİNDİ

Hindistanın iki“dəli”yoqu

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Futbolçu oyunda vuruldu - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Virus infeksiyaları zamanı nədən ishal baş verir və ilkin olaraq nə etmək olar?
32 yaşlı həyat yoldaşını qətlə yetirən Ağababanın FOTOSU