Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
121629
az

Qonşunun ətçəkən maşınlarını oğurlayan şəxslər tutuldu -FOTOLAR

13:1531 Oktyabr, 2024
219
  • A

Paytaxtın Xəzər rayonu ərazisindəki evlərin birindən 20 min manat dəyərində 400 ədəd ətçəkən maşının oğurlanması barədə polisə məlumat daxil olub.

Oxu24.com un əldə etdiyi məlumata görə, Xəzər Rayon Polis İdarəsinin keçirdiyi tədbirlərlə əməli törətməkdə şübhəli bilinən şəxslər müəyyənləşib.

Zərərçəkənin qonşuları E.Həbibli, R.Umudov və bir nəfər qadın müəyyən olunaraq saxlanılıblar. Onların yaşadıqları evə baxış zamanı narkotik vasitələr olan metamfetamin və marixuana da aşkar edilərək götürülüb.

Qeyd edək ki, zərərçəkən şəxs ticarət mərkəzlərindən birində ətçəkən maşınların satışı ilə məşğuldur. Onun həmin evdən anbar kimi istifadə etdiyindən xəbərdar olan qonşuları mənzildən müxtəlif vaxtlarda oğurluqlar ediblər.

Faktla bağlı araşdırmalar aparılır.

 

Rubl neçəyədir?— MƏZƏNNƏ

 




Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

SON DƏQİQƏ! Baş Prokurorluq hadisə ilə bağlı açıqlama yaydı
Ceyhunun qətli ilə bağlı rəis də məsuliyyətə cəlb edilib
At oğruları tutuldu

Mavi balina haqda sizi şok edəcək faktlar: Bu boyda ürək olar?

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Ölüb-dirilən şəxsin danışdıqları şok etdi - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Onların da sertifikatı ləğv olundu- Foto
Emin İbrahimovun    məhkəməsi     başladı