Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
121626
az

Rüstəm Mikayılovun klinikasına cinayət işi açıldı

12:5731 Oktyabr, 2024
122
CƏMİYYƏT
  • A

Bakının Suraxanı rayonunun Qaraçuxur qəsəbəsi ərazisində yerləşən “General Hospital” Tibb Mərkəzində yol verilən qanunsuzluqlarla bağlı daxil olmuş vətəndaş müraciəti əsasında rayon prokurorluğunda araşdırma aparılıb.

Oxu24.com  xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.

Araşdırma zamanı həmin klinikanın vəzifəli şəxsləri tərəfindən ayrı-ayrı şəxslərə əmək qabiliyyətinin olmaması barədə saxta vərəqələrin verilməsinə əsaslı şübhələr müəyyən edildiyindən faktla bağlı Suraxanı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 313-cü (vəzifə saxtakarlığı) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.

Qeyd edək  ki, "General Hospital" klinikasının baş həkimi Rüstəm Mikayılovdur.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Lukaşenko yenidən PREZİDENT SEÇİLDİ
Xaçmazda gənc dostu tərəfindən bıçaqlandı
Əfsanəvi pilotun qəzadan öncəki SƏS YAZISI YAYILDI -İDDİA