Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
121585
az

İspaniyada daşqınlar nəticəsində ölənlərin sayı artdı -YENİLƏNDİ

21:4130 Oktyabr, 2024
61
DÜNYA
  • A

İspaniyanın cənub-şərqində güclü yağışlarla müşayiət olunan fırtına və onların səbəb olduğu daşqınlar nəticəsində azı 72 nəfər dünyasını dəyişib. İtkin düşənlər var.

OXU24.COM  xəbər verir ki, İspaniyanın Baş naziri Pedro Sançes onlarla şəhərin su altında qaldığını bildirib və əhali üçün təhlükənin hələ keçmədiyi barədə xəbərdarlıq edib.

Valensiyada daha əvvəl 400-ə yaxın insan təxliyə edilib, oktyabrın 30-da məktəblərdə dərslər, eləcə də bu tarixə təyin olunan idman tədbirləri ləğv edilib, parklar bağlanıb.

***

İspaniyada daşqınlar nəticəsində 7 nəfər itkin düşüb.

OXU24.COM  xəbər verir ki, bu barədə "The Guardian" məumat yayıb.

İspaniyanın Valensiya şəhərində yağan yağışlar səbəbindən dəmir yolu və magistral yolları su basıb, bölgədə sürətli qatarların hərəkəti dayandırılıb. Əndəlüsdə 276 sərnişini daşıyan sürət qatarı təbii fəlakət nəticəsində relsdən çıxıb, xəsarət alan olmayıb.

Sular azaldıqdan sonra xilasedicilər bir neçə cəsəd aşkar ediblər.

Təbii fəlakət fonunda İspaniyanın dövlət meteoroloji agentliyi AEMET Valensiyada qırmızı, Əndəlüsün bəzi yerlərində narıncı həyəcan siqnalı verib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Orada şiddətli döyüşlər gedir: sülhməramlılar ölüb
Bu ölkədən ABŞ-a ƏZƏLƏ NÜMAYİŞİ -Hərbi təyyarələr geri qaytarıldı
Türkiyədə dəhşətli faciə ilə bağlı 15 nəfər HƏBS EDİLDİ