“British Airways”ə məxsus təyyarədə sərnişinlər ABŞ prezidentliyinə namizəd Donald Trampa dəstək üçün papaq üstündə dava ediblər.
Oxu24.com bu barədə Metro-ya istinadən yazır.
Yerli media xəbər verir ki, British Airways-in reysi sərnişinlərin davası səbəbindən iki saat gecikib. İki ABŞ vətəndaşı arasında münaqişəyə səbəb onlardan birinin Trampa dəstək üçün geyindiyi papaq olub.
Hadisə şahidləri bildiriblər ki, qadınlardan biri həmyerlisinin baş geyimini çıxarmağa cəhd edib, bundan sonradava düşüb. Polis əməkdaşları qadınları təyyarədən çıxarıblar. Sərnişinlər sonda sərbəst buraxılıb.
British Airways-in sözçüsü uçuşun gecikməsinə görə sərnişinlərdən üzr istəyib və əlavə edib ki, uçuş göyərtəsindəki dava gözlənilməz nəticələrə səbəb ola bilərdi, ona görə də ekipaj heç bir riskə gedə bilməz.
Miri
Oxu24.com
ŞƏRHLƏR