Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
121557
az

Zaurun cəzası azaldıldı

16:3630 Oktyabr, 2024
74
KRİMİNAL
  • A

Xidməti otağında intim videolar çəkən polkovnik Zaur Mirzəyevin kassasiya şikayətinə baxılıb.

Oxu24.com un əldə etdiyi məlumata görə, Ali Məhkəmə bu gün Mirzəyevlə bağlı son qərar çıxarıb.

Ən üst instansiya məhkəməsi məhkum FHN polkovnikinə verilmiş şəxsi həyatın toxunulmazlığı ilə bağlı ittihama xitam verib. Qərara əsasən, onun cəzası 3 il 6 aydan 3 il 3 aya endirilib.

Qərar digər hissələrdə dəyişdirilməyib. Bununla da onun 1 il 1 ay çəkilməmiş cəzası qalıb.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Zaur Mirzəyev şəxsi həyatın toxunulmazlığını pozmaqda və vəzifə saxtakarlığında təqsirli bilinərək 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilmişdi. Bundan başqa, Z.Mirzəyev videodakı qadınlardan birinə 4 min manat təzminat verməlidir. 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Göldə 40 yaşlı kişinin meyiti tapıldı
Bakıda 41 min dollarlıq dələduzluq edənlər saxlanıldı
Zaqatala dağlarında faciə: ayı qazini parçaladı