Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
121552
az

Ərdoğandan Öcalanla bağlı təklifə- Münasibət

16:2530 Oktyabr, 2024
58
DÜNYA
  • A

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Milliyətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Baxçalının PKK-nın həbsdə olan lideri Abdullah Öcalanla bağlı təklifinə münasibət bildirib.

Oxu24.com “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Ərdoğan bu barədə ölkənin hakim Ədalət və İnkişaf Partiyasının iclasında danışıb. 

O, Baxçalının təklifini mühüm imkan olaraq dəyərləndirib: “Dövlət bəy daim tarixə istiqamət verən liderdir. Onun çağırışlarını bu şəkildə oxuyanlar hazırda tarixi fürsət pəncərəsini müşahidə edirlər”.

Xatırladaq ki, D.Baxçalı oktyabrın 22-si partiyasının qrup toplantısında PKK terror təşkilatının lideri Abdullah Öcalanın parlamentə gələrək PKK-nın buraxılmasını elan etməsini təklif edib.

Onun sözlərinə görə, bunun üçün Öcalana parlamentdə çıxış etməyə şərait yaradılmalıdır: “Terrorçuların liderinin təcridi aradan qaldırılarsa, qoy parlamentə gəlib, kürdyönümlü DEM fraksiyasının iclasında çıxış etsin, terrora son qoyulduğunu və PKK təşkilatının buraxıldığını elan etsin”. 

Siyasətçi, Öcalanın bu addımdan sonra qanunvericilikdəki “Umut hakkı” layihəsi qüvvəyə minərsə, bundan yararlana biləcəyini vurğulayıb.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Esma Əsədin yaşama şansı azdır -KİV
Paşinyan Rusiyadakı iclasa        onlayn       qatılacaq
Lukaşenko Aİİ sammitindən əvvəl      odun      doğrayıb

Başı kəsilən canlı 2 həftə yaşadı - MARAQLI FAKT

18+

Parkda təcavüz olunan qadın öldü
Yeni görüntülər yayıldı -VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Bu tiktokerlər də  həbs   edildi