Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
121546
az

“Azərbaycanda spirtli içki istehlakı artır”

15:4430 Oktyabr, 2024
78
İQTİSADİYYAT
  • A

“Milli Məclisdə müzakirəyə çıxarılan yeni qanun layihəsinə əsasən, spirtli içkilər üçün minimum qiymət müəyyənləşdiriləcək. Dəyişikliklər araq məhsullarının qiymətinin minimumlaşdırılmasını nəzərdə tutur”.

“Qafqazinfo” xəbər verir ki, bunu deputat Vüqar Bayramov “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanuna təklif olunan dəyişikliklə bağlı bildirib.

Deputat qeyd edib ki, bu ilin ilk 9 ayında Azərbaycanda içkilər və tütün məmulatlarına 1 milyard 882 milyon manat xərclənib:

“Əvvəlki ilin uyğun dövrünə nisbətən vətəndaşlarımız içkilər və siqaretə 132 milyon manat daha çox pul ayırıb. Yəni, içki və tütün məhsullarının xərci ailə büdcəsində payı artmaqdadır. Vətəndaşlarımız qazandıqları hər 100 manatın 5 manatını içkilər və siqaretə xərcləyirlər. İçki və tütün xərclərinin artması həmin məhsullarının qiymətinin yüksəlməsi ilə bağlı olsa da tələbin artması da müşahidə olunur.

Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanda spirtli içki istehlakının növbəti illərdə artacağını proqnozlaşdırır. Adambaşına istehlak indi 2.0 litr olduğu halda, bunun gələn il 2.5, 2030-cü ildə isə 3.9 litr olacağı gözlənilir. İstehlak artdıqca isə xərc də çoxalır. Deməli, spirtli içkilər və tütün məhsullarının istehlakını azaltmaqla həm qənaət etmək, həm də daha sağlam olmaq mümkündür. Ona görə də, alkoqol və tütün məhsullarını istehlak etməkdənsə ixrac etmək daha faydalıdır”.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Dollar bahalaşdı
Qızıl bahalaşdı
Azərbaycan      nefti      bahalaşdı

Dünyanın ən uzun və ən qısa qadını ilk dəfə bir arada -VİDEO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Eltisi tərəfindən piyləri çıxarılan qadın öldü - BAKIDA ŞOK
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Nazir psixiatriya xəstəxanasının direktorunu işdən çıxardı- Yeni təyinat (FOTO)
Sahibkarın 70 min manatını mənimsəyib"TikTok"da    hədiyyələrə    xərclədi