Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
121545
az

Netanyahu oğlunun toyunu təxirə sala bilər

15:2530 Oktyabr, 2024
475
DÜNYA
  • A

İsrailin Baş naziri Benyamin Netanyahu təhlükəsizlik səbəbindən kiçik oğlu Avnerin toyunu təxirə salmaq niyyətindədir.

Oxu24.com xəbər verir ki, bu barədə məlumatı İsrailin “Kan” dövlət teleradio şirkəti yayıb. 

Baş nazirin pilotsuz uçuş aparatları ilə hücumdan ehtiyat etdiyi qeyd olunub.

Məlumata görə, Netanyahu qapalı görüşlərdə bildirib ki, hazırkı vəziyyətdə tədbiri təxirə salmağı məqsədəuyğun hesab edir.

Şirkətin mənbəsi qeyd edib ki, 30 yaşlı Avnerin toyunun noyabrın 26-da Təl-Əvivdən şimalda “Havat Ronit” kompleksində keçirilməsi planlaşdırılırdı.

Xatırladaq ki, oktyabrın 19-da Netanyahunun Kesariya şəhərində yerləşən şəxsi iqamətgahına PUA hücumu olub. Livanın “Hizbullah” hərəkatı həmin hücuma görə məsuliyyəti öz üzərinə götürüb.

Onu da qeyd edək ki, Sara Netanyahu ilə evli olan Benyamin Netanyahunun Yair, Avner və Noa adlı üç övladı var.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Netanyahu Mossad rəhbərini danışıqlara göndərir?
Ərdoğan Türkiyədə terror üzərində mümkün qələbəni açıqlayıb
Bajanov vəfat edib

6 aylıq uşaq bir ayda 45 min dollar qazandı - FOTO

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Fil insanı belə öldürdü - VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Protez və implantlara alternativ dərman    sınaqdan       keçirildi
Mağazalarda saxta əskinaslarla alış-veriş edən şəxs saxlanılıb