"Araz-Naxçıvan" heyətini daha bir futbolçu ilə gücləndirib.
Oxu24.com xəbər verir ki, müxtəlif illərdə 17, 19, 21 yaşadək, eləcə də əsas millidə çıxış edən Qara Qarayev mövsümün sonuna qədər “qırmızı-ağlar”ın formasını geyinəcək. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Futbolçu ilə bu gün rəsmi müqavilə imzalanıb və o, heyət üzvlərinə təqdim olunub.
Qeyd edək ki, 32 yaşlı yarımmüdafiəçi 2009-2023-cü illərdə “Qarabağ”ın, 2023-2024-cü illər mövsümündə isə “Neftçi”nin heyətində yer alıb. Futbolçu 9 dəfə Azərbaycan çempionu, 5 dəfə isə ölkə kubokunun qalibi olub.
Oxu24.com
ŞƏRHLƏR