Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
121525
az

Gürcüstanda seçki saxtakarlığı ilə bağlı araşdırma başlayıb

13:1330 Oktyabr, 2024
33
DÜNYA
  • A

Gürcüstan prokurorluğu parlament seçkilərində saxtakarlıq faktı ilə bağlı araşdırmaya başlayıb və ölkə prezidenti Salome Zurabişvili dindirilməyə çağırılıb.

 

Oxu24.com xəbər verir  ki, bu barədə Gürcüstanın Rustavi2 televiziya şirkəti departamentin bəyanatına istinadən məlumat yayıb.

İş Mərkəzi Seçki Komissiyasının 30 oktyabr tarixli müraciəti əsasında başlanıb.

Gürcüstan prezidenti oktyabrın 31-də müstəntiqlər qarşısına çıxmalıdır. MSK-nın bəyanatına görə, Zurabişvilinin əlində mümkün saxtakarlığa dair sübutlar olmalıdır.

Eyni zamanda, prokurorluq dövlət başçısının, ayrı-ayrı siyasi partiyaların və müşahidə missiyalarının nümayəndələrinin səsləndirdiyi faktların öyrənilməsi istiqamətində zəruri istintaq və prosessual hərəkətləri həyata keçirəcək.

Oktyabrın 26-da Gürcüstanda parlament seçkiləri keçirildi və ondan sonra hakim “Gürcü arzusu” partiyası 54,3% səslə qalib gəldi. Gürcüstan prezidenti son səsverməni “tam saxtalaşdırma” adlandırıb. Müxalifət partiyaları nəticələri tanımayıb və yenidən səsvermənin keçirilməsini tələb ediblər. Tbilisidə parlament binası yaxınlığında mitinqlər keçirilib.

Bundan əvvəl Zurabişvili Rusiyanın seçkilərə müdaxiləsi ilə bağlı heç bir sübutun olmadığını bildirmişdi.

 

Miri

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Amerika şirkətləri Rusiyada 1,2 milyard dollar ödəyib
Rusiya Xarici İşlər Nazirliyi ABŞ-ın yeni sanksiyalarına münasibət bildirib
Əsəd bir neçə gün Putinlə əlaqə saxlamağa çalışıb

6 aylıq uşaq bir ayda 45 min dollar qazandı - FOTO

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Fil insanı belə öldürdü - VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Protez və implantlara alternativ dərman    sınaqdan       keçirildi
Sumqayıtda kişi avtomobildə yanaraq ölüb