Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
121499
az

Ermənistanın xarici işlər naziri COP29-da Bakıya gələ bilər

10:1030 Oktyabr, 2024
88
SİYASƏT
  • A

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Bakıda keçiriləcək COP-29 iqlim sammitinə gələ bilər. 

Oxu24.com  xəbər verir ki, bu barədə Ermənistanın "Hraparak" nəşri yazıb. 

"Rəsmi mənbələr bildirir ki, Ararat Mirzoyan Bakıda keçiriləcək COP-29 iqlim konfransında iştirak etmək niyyətindədir. Baxmayaraq ki, XİN rəhbəri ötən cümə günü hakim fraksiya ilə qapalı görüşdə Azərbaycanın Ermənistana məhbusları qaytarması şərti ilə Bakıya gedəcəyini bildirib. 

Dünən Milli Təhlükəsizlik Xidmətinin direktoru Armen Abazyan yaxın vaxtlarda Azərbaycan tərəfi ilə məhbuslar və itkin düşmüş şəxslərlə bağlı görüşün keçiriləcəyini açıqlayıb", - məlumatda deyilir. 

Məlumata görə, razılaşma əsasında bir neçə erməni hərbçinin təhvil verilməsi planlaşdırılır. 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Makronun reytinqləri rekord səviyyəyə enir
İbrahim Kalın Suriya lideri Əhməd əl-Şaraa ilə görüşdü -FOTO/VİDEO
Netanyahu Trampa bomba qərarına görə təşəkkür etdi