Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Böyük Britaniyaya işgüzar səfəri çərçivəsində krallığın bir sıra yüksəkvəzifəli şəxsləri ilə COP29-u müzakirə edib.
OXU24.COM xəbər verir ki, bu barədə Azərbaycanın Birləşmiş Krallıqdakı səfiri Elin Süleymanov sosial şəbəkədə bildirib.
"İşgüzar səfəri çərçivəsində Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Birləşmiş Krallığın Milli Təhlükəsizlik müşaviri Tim Barrou, Birləşmiş Krallığının Xarici İşlər, Birlik ölkələri və İnkişaf Ofisində dövlət naziri Stiven Doti, parlament üzvləri və digər yüksəkvəzifəli şəxslərlə görüşərək Azərbaycan və Birləşmiş Krallıq arasında ikitərəfli münasibətləri, Azərbaycan - Ermənistan sülh prosesinin vəziyyətini və COP29-u müzakirə edib. O, həmçinin "Chatham House"dakı çıxışında Azərbaycan - Ermənistan sülh prosesi və COP29 barədə danışıb", - məlumatda diqqətə çatdırılıb.
Oxu24.com
ŞƏRHLƏR