Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
121487
az

Trampın keçmiş müşaviri həbsdən AZAD EDİLDİ

21:3329 Oktyabr, 2024
85
CƏMİYYƏT
  • A

Donald Trampın keçmiş müşaviri Stiv Bannon ABŞ -da həbsxanadan azad edilib.

OXU24.COM  xəbər verir ki, bu barədə “İnterfaks” məlumat yayıb.

Bannon 6 yanvar 2021-ci ildə ABŞ-ın əvvəlki prezident seçkiləri ilə əlaqədar Kapitoliyə hücumla bağlı dinləmələrdə iştirak etməkdən imtina etdiyi ABŞ Konqresinə hörmətsizlik ittihamı ilə dörd ay barmaqlıqlar arxasında qalıb.

Cəzaçəkmə müəssisəsindən çıxan kimi Bannon qızı Maureen və jurnalistlərlə görüşüb. Mətbuata verdiyi şərhdə o, həbsxanada keçirdiyi vaxtın “nəinki onu sındırmadığını, əksinə, qətiyyət verdiyini” söyləyib.

İyulun 1-də Bannon elan etdi ki, Tramp seçkidə qalib gələrsə, bəzi yüksək rütbəli Amerika məmurlarına qarşı səlahiyyətlərindən sui-istifadə ittihamı ilə təhqiqata başlayacaq.

“Politico”nun məlumatına görə, siyahıya FTB-nin keçmiş direktoru vəzifəsini icra edən Endryu Makkeyb, keçmiş FTB direktoru Ceyms Komi, keçmiş müdafiə naziri Mark Esper, keçmiş baş prokuror Uilyam Barr və Baş Qərargah Rəisləri Komitəsinin keçmiş sədri Mark Milley daxildir .

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI


Siqaret çəkmək haramdır? - AÇIQLAMA
"ChatGPT" bütün dünyada sıradan çıxdı
Polis Abşeronda əməliyyat keçirdi: 11 nəfər saxlanıldı

Dünyamız haqqında 25 qısa fakt

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
DİN İmişlidəki qəzanın görüntülərini yaydı- Video
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Meymunçiçəyinə yoluxma zamanı bu etmək olmaz— HƏKİMDƏN AÇIQLAMA
Goranboyda 57 yaşlı kişi özünü asdı