Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
121486
az

Mərkəzi Bank bu şəxslərə xəbərdarlıq etdi

21:2329 Oktyabr, 2024
77
CƏMİYYƏT
  • A

“Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən ölkədə fəaliyyət göstərən ödəniş təşkilatları və elektron pul təşkilatları Azərbaycan Respublikasının Mərkəzi Bankından (AMB) müvafiq lisenziya əldə etməlidirlər.

AMB-dən OXU24.COM -a bildirilib ki, həmin Qanunun 65.1-ci maddəsinə görə Mərkəzi Bank lisenziya almış ödəniş təşkilatları və elektron pul təşkilatının ictimaiyyət üçün açıq olan reyestrini tərtib edir. Beləliklə, hər hansı şəxsin müvafiq fəaliyyət növü üzrə lisenziyasının mövcudluğu Mərkəzi Bankın rəsmi internet səhifəsində dərc olunan ödəniş və elektron pul təşkilatlarının siyahısından (//www.cbar.az/page-853/electronic-money-institutions) yoxlanıla bilər.

“Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikası Qanununun 51.3-cü maddəsinə əsasən Mərkəzi Bank maliyyə bazarlarında lisenziya (icazə) tələb edən fəaliyyətin müvafiq lisenziya olmadan göstərilməsi faktını aşkar etdikdə belə fəaliyyətlə məşğul olan şəxslərə bu fəaliyyətin və təqdim edilən xidmətin (məhsulun) reklamının və ya hər hansı digər formada yayımlanmasının dərhal dayandırılması tələbi barədə bildiriş təqdim edir. Mərkəzi Bank bu barədə məlumatı özünün rəsmi internet səhifəsində və mediada açıqlayır, habelə qanunvericiliklə müəyyən edilən tədbirlərin görülməsi üçün aidiyyəti dövlət orqanına (qurumuna) müraciət edir.

Bu baxımdan lisenziyası olmadan ödəniş və ya elektron pul təşkilatı kimi qanunsuz fəaliyyət göstərən şəxslər aşkar edildiyi təqdirdə bu barədə Mərkəzi Bankın (//contact.e-cbar.az/) məlumatlandırılması xahiş olunur. Mərkəzi Bank tərəfindən məlumat verən şəxs barədə konfidensiallıq təmin olunacaq.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI


Siqaret çəkmək haramdır? - AÇIQLAMA
"ChatGPT" bütün dünyada sıradan çıxdı
Polis Abşeronda əməliyyat keçirdi: 11 nəfər saxlanıldı

Dünyamız haqqında 25 qısa fakt

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
DİN İmişlidəki qəzanın görüntülərini yaydı- Video
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Meymunçiçəyinə yoluxma zamanı bu etmək olmaz— HƏKİMDƏN AÇIQLAMA
Goranboyda 57 yaşlı kişi özünü asdı