Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
121463
az

Neftin qiymətinin 90 dollardan yuxarı qalxması gözlənilir

20:1129 Oktyabr, 2024
85
İQTİSADİYYAT
  • A

Yaxın Şərqdə münaqişənin şiddətlənəcəyi təqdirdə neftin qiyməti 2024-cü ilin sonuna kimi bir barel üçün 92 dollara qədər yüksələ bilər.

Oxu24.com xəbər verir  ki, bu barədə “The National” Dünya Bankının analitiklərinə istinadən yazır.

Münaqişənin inkişafı dünya neft bazarında təklifin 2% (gündə 2 milyon barel) azalmasına səbəb olarsa, o zaman vəziyyət 2003-cü ildə İraqda və 2011-ci ildə Liviyadakı münaqişələrin nəticələrinə bənzəyəcək, analitiklər qeyd.

Baza proqnozu Brent markalı xam neftin qiymətinin 2025 və 2026-cı illərdə müvafiq olaraq 73 və 72 dollar/barelə enməzdən əvvəl bu il orta hesabla bir barel üçün 80 dollar olmasını nəzərdə tutur.

Bir gün əvvəl Brent 6% dəyər itirərək 71 dollar/barelə qədər geriləyib.

Daha əvvəl “British Petroleum”un mənfəəti 2,3 milyard dollarla dörd ilin ən aşağı səviyyəsinə düşüb.

 

Nigar

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ukrayna BVF-dən 1,1 milyard dollar alıb
Kapital Bank tələbələr üçün “Emosional zəka” mövzusunda təlimlər keçirdi
Tədavülə yeni 3 qəpiklik buraxıldı- Foto

  • TOP GÜN
  • TOP HƏFTƏ
  • TOP AY

18+