Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
121432
az

Orban: Gürcüstan hökuməti ölkənin “ikinci Ukrayna” olmasına imkan verməyib

13:5829 Oktyabr, 2024
49
DÜNYA
  • A

Gürcüstan hökuməti ölkənin “ikinci Ukrayna” olmasına imkan vermədi.

Oxu24.com Sputnik.Gürcüstan-a istinadən  xəbər verir ki, bunu Macarıstanın baş naziri Viktor Orban gürcüstanlı həmkarı İrakli Kobaxidze ilə rəsmi görüşündən sonra deyib.

“Biz alqışlayırıq ki, gürcü xalqı sülhü seçdi və hökumət öz Avropaya inteqrasiya istəyi kontekstində ölkənin ikinci Ukraynaya çevrilməsinə imkan vermədi”, - Macarıstanın baş naziri qeyd edib.

Orbanın sözlərinə görə, seçkilərin nəticələri ilə bağlı mübahisələr davam edəcək, lakin Gürcüstan Nazirlər Kabineti onlara o qədər də əhəmiyyət verməməlidir.

Bundan əvvəl Orban bildirib ki, heç kim Gürcüstanda seçkilərin qeyri-demokratik olduğunu deməsin.

Oktyabrın 26-da Gürcüstanda parlament seçkiləri keçirilib. Ölkənin 150 deputatdan ibarət ali qanunverici orqanında yerlər uğrunda 20-yə yaxın partiya mübarizə aparıb. Ardıcıl 12 il hakimiyyətdə olan hakim “Gürcü arzusu” partiyası 54,3% səslə qalib gəlib. Bir neçə partiya parlamenti boykot elan edib, müxalifət partiyası olan “Dəyişiklik Koalisiyası” isə deputat mandatlarından və dövlətin maliyyə dəstəyindən imtina edib.

Bundan əvvəl Macarıstan Xarici İşlər Nazirliyinin rəhbəri Gürcüstanın Aİ-yə daxil olacağına əminliyini ifadə edib.

 

Miri

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Brüs Uillisin qızı ərə gedir - FOTO
Paşinyandan ETİRAF: "Danışıqların ancaq bir nəticəsi ola bilərdi..."
Bu ərazilərin "QƏLƏMİ" QIRILDI: Tramp 100% ciddidir, MÜTLƏQ ALACAQ -ABŞ-dan
XƏBƏRDARLIQ

Sizi təəccübləndirəcək maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tulada qəribə hadisə:Qadın bankda fişəng partlatdı
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Təqaüd düzəltmək adı ilə 400 min manatı ələ keçirən qadına    hökm     oxundu