Qadın futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün Avropa çempionatının pley-off mərhələsində cavab oyununa çıxacaq.
Oxu24.com xəbər verir ki, Siyasət Əsgərovun rəhbərlik etdiyi yığma Vizela şəhərində Portuqaliya seçməsinin qonağı olacaq. Matç Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.
Görüşü niderlandlı referi Şona Şukrula idarə edəcək.
Qeyd edək ki, komandalar arasında Bakıda keçirilmiş ilk oyun rəqibin 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Oxu24.com
ŞƏRHLƏR