Ağsuda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Oxu24.com qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə rayonun Muradlı kəndində qeydə alınıb.
1991-ci il təvəllüdlü Tehran Nəriman oğlu Səlimovun idarə etdiyi "KİA Optima" markalı avtomobillə əks yoldan gələn Firudun Həsənovun idarə etdiyi "JAC" markalı yük avtomobili toqquşub.
Toqquşmanın nəticəsindən hər iki avtomobil yolun kənarına aşıb. Nəticədə sürücü T.Səlimov hadisə yerində ölüb.
Hadisədə həyatını itirən şəxs Kürdəmir Rayon Polis Şöbəsinin Növbətçi Hissəsinin sürücüsü - polis baş serjantı olub.
Faktla bağlı Ağsu RPŞ-də cinayət işi açılıb. Araşdırma aparılır.
ŞƏRHLƏR