Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
121407
az

Azərbaycanda qaz və işıq limiti LƏĞV OLUNACAQ? – AÇIQLAMA

10:4629 Oktyabr, 2024
316
CƏMİYYƏT
  • A

Bu günlərdə millət vəkili Azər Badamov qaz limitinin indiki formada tətbiq edilməsinin xüsusən dağlıq rayonlarda yaşayan insanların maddi vəziyyətinə mənfi təsir etdiyini deyib.

O bildirib ki, dağlıq rayonlarda qazın limiti məsələsinə yenidən baxılmalıdır:

“Dağlıq rayonlarda qazdan istifadə daha çoxdur. Burada yaşayan sakinlər digər regionlardan daha çox yanacaq sərf etməyə məcburdurlar. Ona görə də həmin rayonlarda qazın limiti məsələsinə yenidən baxılması zəruridir”.

Millət vəkilinin fikirlərinə münasibət bildirən iqtisadçı ekspert Natiq Cəfərli deyib ki, əhalini narahat edən qaz pulunun çox olmasıdır. Hökümət isə əksinə, hesab edir ki, qaz pulu çox deyil:

“Ümumiyyətlə, limit ləğv edilsə, bu, qiymətin bahalaşmasına gətirib çıxaracaq. 1200 kubmetrlik limit üçün pul ödəyən şəxslər daha çox pul ödəməli olacaqlar. Yəni , limitin ləğvi qiymətin ucuzlaşmasına deyil, əksinə, daha az qaz pulu ödəyənlə daha çox ödəyənin bu pulu bölüşməsinə gitirib çıxaracaq. Ortaq bir qiymət olacaq. Vahid tarifin tətbiq edilməsi isə imkanı çox olanın daha çox ödədiyi qaz xərcini aşağı salacaq və nisbətən imkanı zəif olan şəxslərin qaz xərciniə artıracaq. Ona görə də burada hər hansı bir dəyişiklik ediləcəyini güman etmirəm.”

N.Cəfərlinin dediyinə görə, Azərbaycan ümumiyyətlə, enerji ölkəsi olduğuna görə, qaz və elektrik enerjisinə limit qoyulması kökündən yanlış fikirdir. Bu limitlər ləğv edilməlidir:

“Limit qoyularkən belə bir ehtimal irəli sürülmüşdü ki, bu qənaətə səbəb olacaq, vətəndaşlar qazdan daha qənaətlə istifadə edəcəklər. Bu fikir yanlışdır. Vətəndaşlar onsuz da istifadə etdikləri qaza və elektrik enerjisinə görə pul ödəyirlər. Bunun qənaətlə heç bir əlaqəsi yoxdur. Ona görə də Azərbaycanda qaz və elektriklə bağlı limitlər aradan qaldırılmalı, vahid qiymət siyasətinə keçilməlidir. Düşünürəm ki, vətəndaşların xeyrinə qərarlar verilməlidir”./Bakupost.az

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

COP29-un yüksək təşkilinə görə Azərbaycana təşəkkür edildi -QƏTNAMƏ
COP29-un yüksək səviyyədə təşkilinə görə Azərbaycana rəsmi təşəkkür barədə qətnamə layihəsi qəbul olunub
Pensiya alanların NƏZƏRİNƏ: ödəniş yekunlaşdı

Dünyanın ən uzun və ən qısa qadını ilk dəfə bir arada -VİDEO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Eltisi tərəfindən piyləri çıxarılan qadın öldü - BAKIDA ŞOK
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Nazir psixiatriya xəstəxanasının direktorunu işdən çıxardı- Yeni təyinat (FOTO)
Sahibkarın 70 min manatını mənimsəyib"TikTok"da    hədiyyələrə    xərclədi