Rusiyanın Yakutiya bölgəsində təxminən -40 dərəcə şaxta proqnozlaşdırılıb.
Oxu24.com xəbər verir ki, bu barədə Rusiya regionunun Hidrometeorologiya Xidməti məlumat yayıb.
Sinoptiklərin məlumatına görə, oktyabrın 29-dan 30-na keçən gecə rayonun şimal-şərqində termometr mənfi 38 dərəcəyə enəcək. Yakutiyanın digər ərazilərində bir qədər isti, orta hesabla - mənfi 15-20 dərəcə olacaq.
Rayonlarda qar yağacaq.
Daha əvvəl bildirilib ki, həftənin ortalarında Moskvada hava şəraitinin dəyişəcəyi gözlənilir. Beləliklə, cümə axşamı, oktyabrın 31-də Moskvaya yağıntı gələcək - yağış və sulu qar yağacaq.
Nigar
Oxu24.com
ŞƏRHLƏR