Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
121367
az

FHN COP29-a hazırlıqla bağlı işlərin böyük hissəsini yerinə yetirib

18:0528 Oktyabr, 2024
62
CƏMİYYƏT
  • A

Noyabr ayında Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına – COP29-a hazırlıqla bağlı Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrin icrasını davam etdirir.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən Oxu24.com-un  sorğusuna cavab olaraq bildirilib.

Qeyd edilib ki, bu məqsədlə cari ilin yanvar ayında FHN-də tərkibinə Nazirliyin rəhbər vəzifəli şəxslərinin daxil olduğu Qərargah və onun tərkibində müvafiq sahələr üzrə peşəkar mütəxəssislərdən ibarət işçi qruplar yaradılıb, Tədbirlər Planı hazırlanaraq təsdiq edilib:

"Təsdiq olunmuş Tədbirlər Planı üzrə qarşıya qoyulmuş tapşırıqların yüksək səviyyədə icrası üçün Nazirliyin bütün qüvvələri ilk gündən səfərbər olunub. Bu çərçivədə, Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumları tərəfindən əhalinin, o cümlədən qonaqların təhlükəsizliyinin etibarlı şəkildə təmin edilməsi üçün səlahiyyətləri çərçivəsində obyektlərdə yanğın, texniki, tikinti və radiasiya təhlükəsizliyi sahələri üzrə müayinə və monitorinqlər həyata keçirilir, maarifləndirmə, mümkün fövqəladə hallara çevik reaksiya verilməsi, habelə Bakı buxtasının ekoloji vəziyyətinin yaxşılaşdırılması və digər istiqamətlərdə zəruri tədbirlər görülür.

COP29-a hazırlıqla bağlı fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun rəhbərliyi ilə mütəmadi olaraq müşavirələr keçirilir, görülmüş işlərə dair Qərargah üzvlərinin hesabatları təqdim olunaraq geniş müzakirəsi aparılır, aidiyyəti təhlükəsizlik məsələlərinin həllinə dair zəruri tapşırıqlar verilir, icrası nəzarətə götürülür".

O da qeyd edilib ki, COP29-a hazırlıqla bağlı Fövqəladə Hallar Nazirliyi tərəfindən işlərin böyük hissəsi yerinə yetirilib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Baş nazir     qərar       imzaladı
Nazirlər Kabineti maliyyə bazarları ilə bağlı qərar verib
Litva prezidenti Fikonun Rusiyaya səfərinə sərt reaksiya verib

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Almaniyadakı azərbaycanlı həkimlər    bölgələrdə     işləyəcək
Feyziyevə 2 milyon “atan” şəxsin    bəraəti  ləğv   edildi