Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
121366
az

Moldovada prezidentliyə namizədlərin təbliğatçılarına hücum edilib

20:0228 Oktyabr, 2024
65
  • A

Moldovada prezidentliyə namizəd Aleksandr Stoyanoqlo üçün təbliğat aparan könüllülərə bir neçə dəfə hücum halları baş verib.

Oxu24.com  bu barədə parlament sədrinin müavini Vlad Batrinça istinadən xəbər verir.

“Biz Baş Prokurorluğa, digər dövlət qurumlarına, səfirliklərə, prezident seçkilərini izləyən təşkilatlara nifrət çağırışları, çoxsaylı hücumlar barədə məlumat verəcəyik”, - deyə Batrinça bildirib.

Onun sözlərinə görə, hücumlara hazırkı hökumət göz yumur.

Bundan əvvəl Stoyanoqlo hazırkı prezident Maia Sanduya uduzacağı təqdirdə seçkinin nəticələrini qəbul etməsi üçün müraciət etmişdi.

Moldovada prezident seçkilərinin birinci turu oktyabrın 20-də keçirilib. Maia Sandu 42,45% səs toplayıb, ikinci yerdə 25,98% səslə respublikanın keçmiş baş prokuroru, Qaqauziyadan olan Aleksandr Stoyanoqlo qərarlaşıb. Hər iki namizəd noyabrın 3-də keçirilməsi nəzərdə tutulan ikinci tura keçib. Sandu Avropa İttifaqı ilə yaxınlaşmanın və Qərbə yönəlməyin tərəfdarıdır. Stoyanoqlo Rusiya və MDB ilə tərəfdaşlığın tərəfdarıdır.

Bundan əvvəl Moldova prezidenti Rusiyaya qarşı sanksiyaların tətbiqinin səbəbini açıqlayıb.
 

Nigar

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Komediya ustası vəfat edib

220 kiloluq repçi sürücünü məhkəməyə verdi
Akvariumda dəhşət: Nəhəng balıq "su pərisi"ni dişlədi - VİDEO

Hindistanın iki“dəli”yoqu

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Futbolçu oyunda vuruldu - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Süd içəndə niyə yatırıq? - Sirri bu imiş
Qanunsuz saxlanılan silahlar polisə   təhvil    verildi