Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
121357
az

NATO Şimali Koreya ordusunun Kursk bölgəsinə göndərildiyini açıqlayıb

18:4828 Oktyabr, 2024
77
DÜNYA
  • A

Qərb mətbuatının məlumatına görə, Rusiyaya köçürüldüyü iddia edilən KXDR-dən olan hərbçilər hazırda Kursk vilayətinin ərazisində yerləşir.

 

Oxu24.com “Politico”-ya istinadən  xəbər verir ki, bunu NATO-nun baş katibi Mark Rutte deyib.

“Mən təsdiq edə bilərəm ki, Şimali Koreya qoşunları Rusiyaya göndərilib və Şimali Koreya hərbi birləşmələri Kursk bölgəsində yerləşdirilib”, - deyə baş katib jurnalistlərə bildirib.

Eyni zamanda, Rutte əlavə edib ki, alyans Pxenyanın münaqişədə iştirakını “əhəmiyyətli eskalasiya” və “münaqişənin təhlükəli genişlənməsi” hesab edir. Onun sözlərinə görə, hazırda NATO üzvləri arasında cavab tədbirləri, o cümlədən Ukrayna və Cənubi Koreya tərəfdaşları ilə aktiv məsləhətləşmələr aparılır.

Bundan əvvəl KXDR xarici işlər nazirinin müavini Kim Çenq-qyu dünya mediasında Şimali Koreya hərbi qulluqçularının Ukraynadakı münaqişə zonasına göndərilməsi ilə bağlı yayılan şayiələrə münasibət bildirib. O, belə bir ehtimalın mövcud olsa belə, beynəlxalq hüquq normalarına uyğun olacağını vurğulayıb.

 

Miri

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

“Göyərtədə uçuşa mane olacaq heç bir qüsur aşkar edilməyib” - “Embraer”
“Minsk Qrupu ləğv edilməlidir” - Zaxarova
Həlak olanlardan biri bu universitetin tələbəsi imiş - Foto

Başı kəsilən canlı 2 həftə yaşadı - MARAQLI FAKT

18+

Parkda təcavüz olunan qadın öldü
Yeni görüntülər yayıldı -VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Pirotexniki vasitələr satan 17     nəfər      saxlanıldı