Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Trampın Ukraynadakı münaqişənin həlli planı Minsk razılaşmalarının yenidən nəzərdən keçirilməsi ola bilər.
Oxu24.com xəbər verir ki, bu barədə “Financial Times” (FT) qəzeti siyasətçinin məsləhətçisinə istinadən yazır.
Onun sözlərinə görə, bu dəfə müqavilə şərtlərin pozulmasına görə nəticələri olan icra mexanizmlərini əhatə edəcək. Qeyd olunur ki, sazişlərin icrasına nəzarəti NATO qüvvələri və ya BMT sülhməramlıları deyil, Avropa qoşunları həyata keçirməli olacaq.
“Biz bunun üçün pul ödəmirik. Avropa bunun əvəzini ödəyir” deyən Trampın müşaviri ABŞ-ın amerikalıların bu mexanizmdə iştirak etməməkdə israrlı olacağını və Avropanın bunu maliyyə ilə təmin etdiyini vurğulayıb.
Nigar
Oxu24.com
ŞƏRHLƏR