Yer kürəsində G1 sinifli maqnit qasırğası başlayıb.
Oxu24.com xəbər verir ki, bu barədə Phobos hava mərkəzinin aparıcı mütəxəssisi Mixail Leus öz Telegram kanalında məlumat verib.
Leusun sözlərinə görə, bu hadisə gözlənilən idi.
Maqnit qasırğasının intensivliyinin orta səviyyəyə (G2 sinfi) qədər arta biləcəyi ehtimal edilir. Oktyabrın 28-də gün ərzində davam edəcək və oktyabrın 29-u səhər tezdən başa çatacaq.
Bir gün əvvəl Günəşin ardıcıl ikinci ən yüksək səviyyəli alışması baş verdiyi və onun təsiri zəif maqnit qasırğalarına səbəb ola biləcəyi bildirilmişdi.
Oktyabrın ortalarında alimlər günəşin maksimum aktivliyi dövrünün başlandığını elan ediblər. İndiyədək cari günəş tsiklinin ən güclü alışması oktyabrın 3-də X9.0 alışması olub (X sinfi ən intensiv alışmanı ifadə edir və rəqəm onun gücü haqqında daha ətraflı məlumat verir).
Nigar
Oxu24.com
ŞƏRHLƏR