Bakıda yağan leysan yağışları ilə əlaqədar bəzi ünvanlarda subasmanın baş verməsi barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumatlar daxil olub və dərhal nazirliyin qüvvələri ərazilərə cəlb olunub.
Bu barədə FHN-dən məlumat verilib.
Bildirilib ki, hazırda nazirliyin qüvvələri tərəfindən su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması və digər müvafiq təhlükəsizlik tədbirləri həyata keçirilir.
Oxu24.com
ŞƏRHLƏR