Ermənistanın Gümrü şəhərinin meri Vardces Samsonyan istefa verib.
Oxu24.com xəbər verir ki, bu barədə erməni KİV məlumat yayıb.
"Onun istefasına səbəb odur ki, digər icmalar kimi hakimiyyət nəyin bahasına olursa olsun Gümrüdə hakimiyyəti də ələ keçirməyə çalışır", - məlumatda deyilir.
Qeyd olunub ki, bundan sonra Gümrüdə növbədənkənar seçkilər keçiriləcək, iqtidar partiya öz namizədi, deputat Karen Saruxanyanı mer seçəcək.
Oxu24.com
ŞƏRHLƏR