Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
121285
az

Ağadadaş Ağayevin işi məhkəmədə- 5 ilə kimi həbs

10:2128 Oktyabr, 2024
32
KRİMİNAL
  • A

Xalq artisti Ağadadaş Ağayev və onunla birgə insident yaradan “Medera Hospital”ın mühafizəçisi Nurədddin Cəlilovun cinayət işi üzrə ibtidai istintaq tamamlanıb.

Oxu24.com un məlumatına görə, iş üzrə toplanmış materiallar baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilib.

Müğənni ilə mühafizəçinin hər ikisinə yekun olaraq Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq- 221.3-cü (silah qismində istifadə olunan əşyalardan istifadə etməklə törədildikdə) maddəsi ilə yekun ittiham elan edilib. Onlar bu maddə ilə təqsirli bilindikləri halda 2 ildən 5 ilə kimi azadlıqdan məhrum edilə bilərlər.

Ağadadaş Ağayevin atdığı baltanın dəydiyi təmizlikçi Nəzakət Paşayeva bu cinayətdə zərərçəkmiş qismində tanınıb. Cinayət işini hakim Vüsal Tağıyev araşdıracaq. İlk iclas oktyabrın 31-i keçiriləcək.

Qeyd edək ki, hadisə bu ilin iyulunda baş verib. Ağadadaş Ağayev mübahisə etdiyi mühafizəçiyə balta atıb. Mühafizəçi Nurəddin Cəlilov isə Xalq artistini döyüb. Balta isə klinikada çalışan qadın N.Paşayevaya dəyərək xəsarət yetirib.

Təqsirləndirilən şəxslər həbsdə deyil. İbtidai istintaq dövrü müddətində barələrində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilib. Məhkəmənin hazırlıq iclasında hakim onların sərbəst, ya həbsdə mühakimə edilməsi ilə bağlı qərar qəbul edəcək.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı
Bakıda avtomobil oğurlayanlar saxlanıldı
Bakıda maşın nömrəsi oğurlayıb "Range Rover"in üzərinə bağladılar

  • TOP GÜN
  • TOP HƏFTƏ
  • TOP AY
Yuxuda pul görməyin mənası nədir... - Yuxuyozma

18+

Məmurun nazir arvadları ilə intim görüntüləri yayılıb
ZOBUN Dərmanı Bu İmiş - Evdə Təbii Müalicə Üsulları (VİDEO)
Gəncədə törədilən erməni terrorundan varlanmaq istəyənlər kimlərdir?— Sakinlərin kirayə pulları verilmir
Alimlər yeni pandemiyaya səbəb ola biləcək virusları aşkarlayıblar
İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı