Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
121271
az

Avtomobil sahibi olanların nəzərinə - VİDEO

21:2527 Oktyabr, 2024
51
CƏMİYYƏT
  • A

Hava soyuduqca avtomobilləri də qışa hazırlamaq lazımdır. Ustalar deyirlər ki, qar yağana qədər avtomobillərinin şinləri köhnə olan sürücülər bunu dəyişməlidirlər. Bəs təkər bazarında vəziyyət necədir? Sürücülər büdcələrinə uyğun keyfiyyətli şin ala bilirlərmi?

Çəkiliş zamanı məlum oldu ki, hazırda bazardakı ən ucuz şinlər Çindən, ən bahalıları isə Avropadan gələnlərdir.

Milli.Az Xəzər TV-yə istinadən xəbər verir ki, qış yaxınlaşdıqca avtomobillərdə dəyişilməsi vacib olanlardan biri də onun şinləridir. Amma nədənsə bəzi sürücülər sanki buna elə də diqqət etmirlər. Təkər bazarında yaşanan durğunluq bunu deməyə əsas verir.

Satıcılar deyirlər ki, istehsal edildiyi ölkə və keyfiyyətinə görə şinlərin qiymətləri müxtəlifdir. Hər bir müştəri cibinə uyğun təzə şini rahatlıqla bazarda tapa bilir. Bəs tələb hansı ölkədə istehsal olunanlaradır?

Satıcılar deyirlər ki, Azərbaycanda qış o qədər də sərt keçmədiyindən sürücülər bu fəslin şinlərinə elə də maraq göstərmirlər. Yəni dörd fəsil şinə üstünlük verirlər.

İşlənmişlərə gəldikdə isə satıcılar deyirlər ki, əsasən Avropadan gətirilən şinlərə maraq var. Bunların da qiymətləri ən kiçik ölçülərdə 60 manatdan başlayır.

Ətraflı süjetdə:

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

COP29-un yüksək təşkilinə görə Azərbaycana təşəkkür edildi -QƏTNAMƏ
COP29-un bağlanış plenar iclası keçirilir
Uçan naməlum obyektlər var? – Pentaqonun yeni hesabatı

Dünyanın ən uzun və ən qısa qadını ilk dəfə bir arada -VİDEO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Eltisi tərəfindən piyləri çıxarılan qadın öldü - BAKIDA ŞOK
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Nazir psixiatriya xəstəxanasının direktorunu işdən çıxardı- Yeni təyinat (FOTO)
Sahibkarın 70 min manatını mənimsəyib"TikTok"da    hədiyyələrə    xərclədi