Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
121253
az

Yağışla bağlı açıqlama

21:1926 Oktyabr, 2024
164
REDAKTORUN SEÇİMİ
  • A

Oktyabrın 26-sı saat 20:00-a olan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən  bildirilib ki, ölkə ərazisində yağıntılı hava şəraiti davam edir.

Hazırda Bakıda və Abşeron yarımadasında leysan xarakterli yağış yağır, şimal-qərb küləyi əsir, küləyin sürəti 18 m/s-dir.

Havanın temperaturu 13 dərəcəyədək istidir.

Yağıntılı hava şəraiti bölgələrdə də davam edir. Hazırda Daşkəsən, Gədəbəy, Göygöl, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Şamaxı, Qobustan, Altıağac, Quba, Qusar, Xaltan, Şabran, Yevlax, Göyçay, Kürdəmir, İmişli, Tərtər, Bərdə, Naftalan, Ağdam, Zərdabda fasilələrlə leysan xarakterli yağış, Xınalıq, Qrız, Şahdağda isə qar yağır.

Havanın temperaturu Naxçıvan MR-da və Aran rayonlarında 16, dağlıq rayonlarda isə 6 dərəcəyədək isti qeydə alınıb.

Ölkə ərazisində müşahidə olunan yağıntılı hava şəraiti Bakıda və Abşeron yarımadasında oktyabrın 27-si gündüzədək, bölgələrdə isə günün ikinci yarısınadək davam edəcək.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İnfarktın başladığını göstərən 7 VACİB ƏLAMƏT
Onların maaşı 40 faiz artdı
Əhali ən çox bu internet provayderindən şikayət edir