Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
121240
az

Gürcüstanda seçkilərdir: Ölkəni nə gözləyir?

18:3326 Oktyabr, 2024
91
SİYASƏT
  • A

Gürcüstan parlament seçkilərindəki məğlubiyyətdən sonra müxalifət etiraz dalğası yaratmaq üçün nəticələrinin legitimliyini şübhə altına almağa çalışacaq. Lakin bu yaz etiraz aksiyalarında bütün resurslarını tükəndirib.

OXU24.COM  xəbər verir ki, bunu Gürcüstanın baş naziri İrakli Kobaxidze brifinqdə bildirib.

Oktyabrın 26-da keçiriləcək parlament seçkilərində 18 seçki subyekti iştirak edir. İlk dəfədir ki, seçkilər yalnız proporsional sistem üzrə (partiya siyahıları əsasında) və geniş miqyasda elektron texnologiyalardan - səslərin yoxlanılması və hesablanması aparatlarından istifadə etməklə keçirilir.

"Müxalifətin məğlubiyyətindən sonra, əlbəttə ki, biz 2020-ci il parlament seçkilərindən sonra yaranmış təxminən eyni ssenarini gözləyirik - onlar öz resurslarını tamamilə tükəndirsələr də, seçkilərin legitimliyini şübhə altına almağa çalışacaqlar", - Kobaxidze bildirib.

Onun sözlərinə görə, “Xarici təsirin şəffaflığı haqqında” qanunun qəbuluna etirazlar zamanı müxalifət öz resurslarını tükəndirib. Bu qanuna müxalifət və xaricdən maliyyələşən qeyri-hökumət təşkilatları ilə yanaşı, bütün Qərb etiraz edirdi. Qanunun qəbulundan sonra Qərblə münasibətlər çox pisləşdi.

Baş nazirin sözlərinə görə, “radikal müxalifət” seçki məntəqələri saat 20:00-da bağlandıqdan sonra öz məğlubiyyətlərinə etiraz etməyə çalışacaq.

Xatırladaq ki, seçicilər Gürcüstan parlamentinə 150 deputat seçir. Mandatlar faktiki səslərin ən azı 5%-ni toplayan partiyalar arasında bölüşdürüləcək.

Səsvermədə ölkədə yaşayan 18 yaşdan yuxarı 3 milyon 17 min 837 Gürcüstan vətəndaşı iştirak edə bilər. Onlar üçün 3044 seçki məntəqəsi açıqdır. Daha 95 910 seçici xaricdəki 67 seçki məntəqəsində - 42 ölkənin 53 şəhərində səs verə biləcək.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ermənistan növbədənkənar parlament seçkilərinə gedir? -Paşinyandan AÇIQLAMA
Tramp Ukraynaya cavabdeh olanları niyə işdən çıxardı? -Radadan CAVAB

Tramp və Putinin gizli casus xətti: Məxfi görüşdə nələr razılaşdırılıb? -ŞOK DETALLAR

Dünyamız haqqında 25 qısa fakt

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Futbolçu oyunda vuruldu - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Meymunçiçəyinə yoluxma zamanı bu etmək olmaz— HƏKİMDƏN AÇIQLAMA
Göldə 40 yaşlı kişinin meyiti tapıldı