Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Samur-Abşeron kanalının Quba rayonu, Mirzəqışlaq kəndi ərazisindən keçən hissəsində maralın kanala düşərək köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Bu barədə OXU24.COM-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Bildirilib ki, məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Quba Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri dərhal hadisə yerinə cəlb olunub və maralı kanaldan xüsusi vasitələrlə çıxarıb xilas edərək aidiyyəti üzrə təhvil veriblər.
Oxu24.com
ŞƏRHLƏR