Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
121228
az

Dəfələrlə ölümün olduğu həmin keçid yenidən istifadəyə verildi -VİDEO

14:5126 Oktyabr, 2024
74
CƏMİYYƏT
  • A

Xətai rayonu 8 Noyabr prospektində bir müddət əvvəl çoxsaylı qəzaların baş verməsi səbəbindən ləğv edilmiş piyada keçidi bərpa edilib.

OXU24.COM  xəbər verir ki, “Socar” yanacaqdoldurma məntəqəsinin yaxınlığındakı keçiddə xətlənmə işləri aparılaraq istifadəyə verilib. Lakin sakinlər burada avtomobillərin sürətlə hərəkət etdiyini və piyadavurma hadisələrinin yenidən təkrarlanacağını bildiriblər.

Ərazidən görüntülər paylaşan jurnalist Ülkər Qasımqızı buraya işıqforun qoyulmasının vacibliyini vurğulayıb.

DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin mətbuat katibi Ömər Xıdırov bildirib ki, ərazidə işıqforun quraşdırılması planlaşdırılır: “Əməkdaşlarımız tərəfindən ümumilikdə 8 Noyabr prospektində mərhələli şəkildə yeni işıqforlar quraşdırılacaq. Qeyd olunan əraziyə gəldikdə isə, aidiyyəti dövlət qurumu tərəfindən yola piyada zolağı çəkilib və yaxın günlərdə piyada keçidi işıqforla da təmin olunacaq. Artıq işlərə başlanılıb”.

Qeyd edək ki, görüntüdəki ərazidə əvvəllər dəfələrlə piyadaların ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisələri baş verib.

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Qışda kondisionerdən istifadənin zərərləri
Azərbaycanlı idmançı öldü - FOTO
Qəzada həlak olan 13 yaşlı Məhəmmədəlinin FOTOSU

Başı kəsilən canlı 2 həftə yaşadı - MARAQLI FAKT

18+

Parkda təcavüz olunan qadın öldü
Yeni görüntülər yayıldı -VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Bu tiktokerlər də  həbs   edildi