Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
121174
az

"Döyüşlərdə iştirak etdiyin üçün sənə mənzil düşmür" — Nazirlikdən döyüşçüyə qəribə cavab

15:2425 Oktyabr, 2024
5680
CƏMİYYƏT
  • A

Döyüşlərdə iştirak etdiyi üçün mənzil ala bilmədi.  Sədr müavini Zaur İbrahimovdan döyüşçüyə qəribə cavab.

Bakı şəhəri, Nəsimi rayonu, Rasim Səfərov  küçəsi  ev 161-də  yaşayan II Qarabağ döyüşlərində  könüllü  iştirak etmiş    İsmayılzadə  Kənan Bəhruz oğlu  kirayədə yaşadığı üçün mərhələli şəkildə mənzil növbəsinə yazılmaqdan ötrü Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edib. Nazirliyin  tabeliyində  olan  Sosial Xidmətlər  Agentliyi tərəfindən keçmiş döyüşçü Kənan  İsmayılzadə  məktub alıb. 

Oxu24.com xəbər verir  ki, Bu haqda  CityPost.az-a Kənan İsmayılzadə özü məlumat verib.
“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 28 sentyabr 2020-ci il tarixli  Azərbaycan Respublikasında qismən səfərbərlik elan edilməsi haqqında  Sərəncamından sonra ərizə yazıb döyüşlərə  könüllü  qatıldım. Füzuli, Xocavənd,Cəbrayıl, Hadrut və Şuşanın  işğaldan azad olunması uğrunda 30-dan çox  uğurlu  döyüş əməliyyatlarında iştirak etmişəm. Azərbaycan  Respublikasının  Baş naziri  cənab  Əli  Əsədovun   imzası  ilə  “Vətən Müharibəsi  İştirakçısı” medalı  və xidmət  etdiyim hərbi  hissəsin  rəhbərliyi tərəfindən cəsur döyüşçü kimi  müxtəlif növ fəxri  fərmanlarla təltif edilmişəm. Günahkar deyiləm ki, döyüşlərdə şəhid,yaxud qazi olmamışam.  Allah Vətənimizə bir də müharibə göstərməsin.Amma hər hansı döyüşçüyə mənə göstəriləcək  münasibət bəslənəcəksə,sözsüz ki, gələcəkdə anoloji hadisə zamanı çoxları döyüşlərə getməkdən imtina edəcək. Nəzərə almalıdırlar ki, mən hər şeyə göz yumub, döyüşlərə qatılmışam. Mənə  Sosial Xidmətlər Agentliyindən  məktub gəlib ki, döyüş əməliyyatlarında iştirak edib,müharibə veteranı adını aldığınıza görə sizin mənzillə təmin edilməyiniz qanunvericilikdə  nəzərdə  tutulmayıb.
Kənan İsmayılzadə onu da əlavə edib ki, çox qəribə  məntiqdir.  Rəqqasə,  müğənni, idmançı, neftçi,jurnalist,artistə,it oynadan,pişik oynadan dövlət tərəfindən mənzillə təmin olunur, amma müharibədə iştirak edib sağlamlığını itirən  şəxs kənarda qalır.


Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ölənlər gəlinin bibiləri imiş -Toy təxirə salındı / FOTO
Ər 18 yaşlı həyat yoldaşını qətlə yetirdi
Ürək üçün ən faydalı 5 QİDA -Birlikdə istehlak edilsə...

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Gəncədə 26 yaşlı Məhəbbət QƏTLƏ YETİRİLDİ