Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
121173
az

"Terrorçular Türkiyənin təhlükəsizliyini hədəf alıb"- Ərdoğan

15:2425 Oktyabr, 2024
50
DÜNYA
  • A

"Əlimizdə olan bütün vasitələrdən istifadə edərək çoxölçülü şəkildə terrora qarşı mübarizəmizi davam etdiririk və davam etdirəcəyik.  

Oxu24.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyanın Tatarıstan Respublikasının paytaxtı Kazanda keçirilən BRİKS sammitində iştirak etdikdən sonra Vətənə qayıdarkən açıqlayıb. 

Türkiyə lideri qeyd edib ki, terrorun qaranlıq və qanlı kölgəsi ölkədən tamamilə çəkilməyənə qədər mübarizə davam edəcək: "Bu terror hücumunda TUSAŞ kimi seçilən bir təşkilatın seçilməsi təsadüfi deyil. Terrorçular təkcə bir təşkilatı deyil, Türkiyənin sülh və təhlükəsizliyini hədəfə alıblar. Qəhrəmanlarımız canları bahasına Türkiyənin işıqlı gələcəyini müdafiə etdilər. Təəssüf ki, xain hücumda şəhidlərimizi itirdik, 5 şəhidimiz, çoxlu yaralananımız var. Başsağlığı verir, yaralılarımıza Allahdan şəfa diləyirəm. Biz bu qaniçən cinayətkarlara qarşı mübarizə aparacağıq, bununla bağlı heç bir fasilə yoxdur və ölkəmizi firavan gələcəyə aparmaq əzmimizi itirmədən yolumuza davam edəcəyik. Əslində, MİT direktoru İbrahim Kalın bu hücumdan sonra dərhal Ankaraya qayıdıb və bütün hadisələri yerindəcə izləyib.

Biz satqınlara inad olaraq daha çox çalışacağıq və daha çox istehsal edəcəyik"

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

"Uzak Şehir"dəki Fidanın real həyatdakı görkəmi heyrətə gətirdi - FOTO
Belarusda prezident seçkilərində erkən səsvermə başa çatdı
Ermənistan növbədənkənar parlament seçkilərinə gedir? -Paşinyandan AÇIQLAMA

Dünyamız haqqında 25 qısa fakt

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Futbolçu oyunda vuruldu - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Meymunçiçəyinə yoluxma zamanı bu etmək olmaz— HƏKİMDƏN AÇIQLAMA
Göldə 40 yaşlı kişinin meyiti tapıldı