Qırğızıstanda Respublikasının Dövlət Himni dəyişdirilə bilər.
Oxu24.com xarici KİV-ə istinadən xəbər verir ki, bunu ölkə parlamentinin spikeri Nurlanbek Şakiyev deyib.
"İndi ölkəmiz inkişaf yolu ilə gedir, ona görə də biz himni dəyişməliyik. Bizə bütün qırğız xalqı tərəfindən oxunacaq bir himn lazımdır",- o, ifadə edib.
Xatırladaq ki, Şakiyev Qırğızıstanın dövlət bayrağının dəyişdirilməsinin təşəbbüskarlarından biri olub.
Oxu24.com
ŞƏRHLƏR