Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
121158
az

Diananın ailəsinin keçmiş iqamətgahı satıldı- Fotolar

14:1625 Oktyabr, 2024
60
DÜNYA
  • A

Londonda Şahzadə Diananın ailəsinin keçmiş iqamətgahı satılıb.

Oxu24.com  xəbər verir ki, bu barədə “Domain.com” məlumat yayıb.

Məlumata əsasən, bu iqamətgah Meyfer rayonunda Farm Street 24 ünvanında yerləşir.

Ev 1980-ci illərin əvvəllərində “Georgian” üslubunda inşa edilib. 1990-cı ildə Şahzadənin atası Con Spenser onu ikinci həyat yoldaşı Reyn Spenserə hədiyyə edib.

Diana Şahzadə Çarlzdan boşandıqdan sonra tez-tez evə baş çəkirdi. 

Qrafinya Spenser evini 2000-ci illərin əvvəllərində kolleksiyaçılar Alan və Meri Hobarda satıb və onlar bu evdə 22 il qalıb.

Ev naməlum alıcı tərəfindən 10,95 milyon funt-sterlinqə (14,21 milyon ABŞ dolları) alınıb.

Dördmərtəbəli evin 5 yataq otağı, qəbul zalı, dəbli mətbəx, yemək otağı, qonaq otağı, kitabxana və bir neçə hamam otağı var. Hər mərtəbəyə liftlə qalxmaq mümkündür.

 






Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Putin Əsədlə görüşəcək
Tramp Panama kanalının ABŞ bayrağı ilə çəkilmiş fotosunu yayımlayıb
Gürcüstan prezidenti hakim partiyanı “rejimin süqutu” ilə hədələyib

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Almaniyadakı azərbaycanlı həkimlər    bölgələrdə     işləyəcək
Feyziyevə 2 milyon “atan” şəxsin    bəraəti  ləğv   edildi