Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
121137
az

"Oksfordu" alan yoxdur

12:0125 Oktyabr, 2024
80
  • A

Dövlətə dəymiş ziyanın əvəzi olaraq müsadirəsinə qərar verilmiş “Bakı Oksford Məktəbi”ni üçüncü hərracla da alan olmayıb.

Oxu24.com xəbər verir  ki,“Qafqazinfo”nun məlumatına görə, məktəb dörd gün sonra böyük endirimlə hərraca çıxarılacaq.

Ötən ay 22 milyon 232 min 700 manata alınmayan məşhur məktəb bu dəfə 25 faiz endirimlə 18 milyon 527 min 250 manata təklif edilir. Bu isə əvvəlkindən 3 milyon 705 min 450 manat aşağıdır. Əmlakın ilkin satış qiymətinin 10%-i həcmində behi ödəmiş hüquqi və fiziki şəxslər hərracda iştirak edə bilərlər. 

Müsadirəsindən sonra isə məktəbin binası 24 milyon 700 min manat qiymətləndirilmişdi. Amma əvvəlki satışlarda heç bir hüquqi və fiziki şəxs tərəfindən sifariş verilməyib.

 

Xatırladaq ki, “Bakı Oksford Məktəbi” “Baku Steel Company”nin keçmiş sahibi Rasim Məmmədovun cinayət işi üzrə müsadirə edilib. Məhkəmədə məlum olub ki, Məmmədovun arvadı Mehriban Məmmədovanın rəhbərlik etdiyi sözügedən məktəb “Baku Steel Company”dən mənimsənilən pullar hesabına tikilib.  

Sonradan Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin qızı Kamilə Əliyeva məktəb binasında ½ hissə pay sahibi olduğunu iddia edib. Cavab isə belə olub ki, məktəbin tikintisi “Baku Steel Company”dən mənimsənilən vəsaitlər hesabına tikilib və kənar heç kəs məktəbin tikintisinə pul xərcləməyib.

Rasim Məmmədov özü isə xüsusilə külli miqdarda mənimsəmədə təqsirli bilinərək 13 il 9 ay müddətinə azadlıqdan məhrum edilib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ölüb-dirilən şəxsin danışdıqları şok etdi - VİDEO
XƏBƏRDARLIQ! Güclü külək əsəcək
TƏCİLİ! AZAL uçuşları dayandırdı

Hindistanın iki“dəli”yoqu

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Ölüb-dirilən şəxsin danışdıqları şok etdi - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Bu 10 qida xərçəngdən qoruyur - ALİMLƏR AÇIQLADI
Bakı və Sumqayıtda 3 nəfər dələduzluğa     görə      tutuldu