Norveçdə sərnişin qatarının relsdən çıxması nəticəsində ilkin məlumata görə, 1 nəfər ölüb, 5 nəfər yaralanıb.
Ölkə mətbuatında yer alan xəbərlərə görə, axtarış-xilasetmə rəsmiləri Trondheim şəhərindən Bodoe bölgəsinə doğru yola çıxan qatarın relsdən çıxdığını bildirib.
Polis, qatarın sürüşən qayalar səbəbindən relsdən çıxmış ola biləcəyini, ilkin məlumata görə, qəzada 1 nəfərin öldüyünü, 5 nəfərin yaralandığını bildirib.
Rəsmilər qatarda 50-70 sərnişinin olduğunu bildiriblər. Qatar operatoru SJ-nin verdiyi açıqlamada, səfər üçün 90 biletin satıldığı bildirilsə də, qatarda neçə nəfərin olduğu bilinmir.
Nigar
Oxu24.com
ŞƏRHLƏR