“Hazırda Azərbaycanda 90%-dən artıq məktəb təmirlidir”.
Oxu24.com xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib.
Nazirin sözlərinə görə, hər bir məktəbin təmirli olması və orada tədrisin yaxşı təşkili hər zaman nazirliyin qarşısında olan məqsəddir: “Son beş ildə modul tipli məktəblər də daxil olmaqla 600-ə yaxın təhsil müəssisəsi ya yenidən tikilib, ya əsaslı təmir olunub, ya da qəzalı vəziyyətdən çıxarılıb.
Hər il təxmini 60-70 məktəbi yenidən tikirik. Az sayda bir neçə yüz məktəb qalıb ki, təmirə ehtiyacı var. Nəzərə almaq lazımdır ki, hər il əvvəl yeni inşa edilən məktəb binası da müəyyən səbəbdən köhnəlir. Ümumilikdə məktəblərin inşası və təmiri ardıcıllıq və mərhələli şəkildə davam edir”.
Oxu24.com
ŞƏRHLƏR