Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
121035
az

“İnsan davranışının dəyişilməsi ilə bağlı təşəbbüslərdə iştirakdan məmnunuq”

13:2324 Oktyabr, 2024
54
CƏMİYYƏT
  • A

“Elm və Təhsil Nazirliyi olaraq COP29 tədbiri çərçivəsində bir neçə istiqaməti əhatə edirik”.

Oxu24.com  xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Beynəlxalq Yaşıl STEAM Azərbaycan Festivalının açılış mərasimində çıxışı zamanı deyib. 

O qeyd edib ki, bunlardan birincisi bu gün keçirilən Beynəlxalq Yaşıl STEAM Azərbaycan Festivalıdır: “Növbəti istiqamət qlobal əhəmiyyətə malik, COP29-un vacib miraslarından biri olacaq PISA (Beynəlxalq Şagird Qiymətləndirmə Proqramı) tədqiqatlarında ilk dəfə olaraq ətraf mühit sağlamlığının ölçülməsi çərçivəsi Azərbaycan tərəfindən təklif olunub və aidiyyəti üzrə bəyənilib". 

E.Əmrullayev noyabrın 18-də COP29 çərçivəsində Azərbaycanda keçiriləcək elm və təhsil nazirlərinin görüşündə növbəti PISA-larda oxu, riyaziyyat və təbiət elmləri ilə yanaşı, həmçinin ətraf mühit savadlılığının ölçülməsi bəşəriyyət üçün əlavə dəyər yaradacağına inandığını vurğulayıb: “Bütövlükdə insan davranışının dəyişilməsinə yönəlik təşəbbüslərdə iştirak etməkdən də olduqca məmnunuq”.

Nazir həmçinin ali təhsil müəssisələrinin dayanıqlı inkişaf strategiyalarının tətbiqi sahəsində beynəlxalq reytinq şirkətləri ilə COP29 çərçivəsində böyük əhəmiyyətli görüşlərin də baş tutacağını açıqlayıb.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Qaraciyərin piylənməsi xərçəng xəstəliyinə necə səbəb olur?
Bu əlamətlər varsa böyrəyiniz xəstədir - Dərhal həkimə müraciət edin!
Müəllimlər üçün güzəştli kartlar nə zaman hazırlanacaq? - RƏSMİ

Sağlamlığınıza belə nəzarət      edə      biləcəksiz

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
3 nəfər belə öldü - DƏHŞƏTLİ VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Quduzluq peyvəndi olmadan sağ qalan qadının hekayəsitibb dünyasını təəccübləndirib
Qaxda azyaşlı qızı yük    maşını      vurdu