Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
121018
az

Öcalanla 43 ay sonra ilk görüş- Nə danışılıb?

12:1524 Oktyabr, 2024
59
DÜNYA
  • A

Xəbər verdiyimiz kimi, Türkiyənin Milliyətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Baxçalı oktyabrın 22-si partiyasının qrup toplantısında PKK terror təşkilatının lideri Abdullah Öcalanın parlamentə gələrək PKK-nın buraxılmasını elan etməsini təklif edib.

Onun sözlərinə görə, bunun üçün Öcalana parlamentdə çıxış etməyə şərait yaradılmalıdır: “Terrorçuların liderinin təcridi aradan qaldırılarsa, qoy parlamentə gəlib, kürdyönümlü DEM fraksiyasının iclasında çıxış etsin, terrora son qoyulduğunu və PKK təşkilatının buraxıldığını elan etsin”. 

Siyasətçi, Öcalanın bu addımdan sonra qanunvericilikdəki “Umut hakkı” layihəsi qüvvəyə minərsə, bundan yararlana biləcəyini vurğulayıb.

Məhz Baxçalının bu təklifindən sonra Öcalanla ilk görüş olub.

“Qafqazinfo” xəbər verir ki, bu məlumatı tanınmış jurnalist, “Hürriyet”in köşə yazarı Abdulkadir Selvi yayıb.

Onun sözlərinə görə, Abdullah Öcalanla sonuncu dəfə qardaşı Mehmet Öcalan 2019-cu ilin avqustunda görüşüb. 43 aydır ki, onunla görüşə icazə verilmirdi. Uzun müddət sonra ilk görüş ötən gün baş tutub.

PKK-nın siyasi qolu olan Xalqların Bərabərlik və Demokratiya Partiyasının (DEM) Şanlıurfadan olan millət vəkili, Abdullah Öcalanın qardaşı oğlu Ömər Öcalan dünən Öcalanın hazırda cəzasını çəkdiyi İmralı həbsxanasına gedərək onunla görüşüb. Türkiyə vaxtı ilə saat 11:00-da başlayan görüşün 2 saat davam edib.

PKK rəhbərinin görüşdə təcrid şərtləri aradan qaldırılarsa və ünsiyyət imkanı yaradılarsa, silahların yerə qoyulmasında rol oynaya biləcəyi mesajını verdiyi bildirilir.

“Tarixi məsuliyyətimi yerinə yetirməyə hazıram. Təşkilatı silahı yerə qoymağa çağıracağam”, - deyə Öcalan bildirib.

“Belə aydın olur ki, MHP lideri Baxçalının gündəmə gətirdiyi “Umut hakkı” qanun layihəsi Öcalan üçün ümidverici olub”, - jurnalist yazıb.

O, daha sonra Öcalanın bir müddət əvvəl “həbsxanadan tabutla çıxmaq istəmirəm” dediyini də sözlərinə əlavə edib.

“Amma Kandilin (PKK-nın məskunlaşdığı ərazi - red.) Öcalanın bu mesajına necə cavab verəcəyi maraqlıdır. Belə ki, 2013-cü ildə Novruz bayramı zamanı Abdullah Öcalan Diyarbəkir meydanında on minlərlə insanın qarşısında verdiyi açıqlamada təşkilatı silahı yerə qoymağa və demokratik siyasətə çağırmışdı. Ancaq Kandil Hendekdə döyüşlərin, təktərəfli müharibə prosesinin başladığını bəyan edərək həll prosesinə mane olmuşdu.

Dediyim kimi, Kandilə həll proseslərində təsir edə bilməyən PKK lideri Abdullah Öcalanın 43 aydır heç kimlə görüşünə icazə verilmirdi. Baxçalının çağırışı ilə PKK-nın tərksilah edilməsi və terrora son qoyulmasında yenidən təşəbbüs göstərmək istədiyini deyən Öcalana sonuncu dəfə şans verildiyi bildirilir.

Görək bu dəfə Öcalanın Kandilə təsiri olacaqmı?!”, - deyə Selvi vurğulayıb.

Qeyd edək ki, “Umut hakkı” layihəsi cari ilin sentyabrın 30-u PKK-nın siyasi qolu olan Xalqların Bərabərlik və Demokratiya Partiyası (DEM) tərəfindən irəli sürülüb. Sözügedən qanun layihəsi ağırlaşdırılmış ömürlük həbsə məhkum edilmiş məhkumların 25-ci ildən etibarən şərti azadlığa çıxma hüququna malik olmasını nəzərdə tutur.

Türkiyə qanununa görə isə, “Dövlətin təhlükəsizliyi əleyhinə cinayətlər”, “Konstitusiya quruluşuna və bu Sərəncamın fəaliyyətinə qarşı cinayətlər” və “Milli müdafiə əleyhinə cinayətlər”ə görə məhkum edilmiş şəxslər heç bir şərtlə ömür boyu azadlığa buraxıla bilməzlər.

Öcalanın azadlığa buraxılması üçün Edam Qanununun 107-ci maddəsinin 16-cı bəndinin ləğv edilməsi kifayətdir. Bu bənddəki “şərti azad etmə müddəaları tətbiq edilmir” bəndi çıxarılarsa, Öcalanın şərti azadlığa buraxılma şərtləri qiymətləndirilə bilər.

Onu da xatırladaq ki, PKK lideri Abdullah Öcalan 1999-cu ildə həbs edilib və terror fəaliyyətlərinə görə ölüm cəzasına məhkum edilib. Bu hökm daha sonradan ömürlük həbs cəzası ilə əvəz edilib. O, hazırda cəzasını Mərmərə dənizində yerləşən İmralı adasında təkadamlıq kamerada çəkir.

Qafqazinfo

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI


Putinin üzrxahlığı niyə birmənalı qarşılanmır? -DETALLAR
Husilər ABŞ PUA-sını vurdular -FOTO
Türkiyədən ÜZÜCÜ XƏBƏR: çox sayda yaralı var

Qəza zamanı təyyarədə ən təhlükəsiz oturacaq hansıdır?— Ekspertdən açıqlama

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Təyyarənin vurulması xəbərinə Rusiyadan REAKSİYA +VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Quduzluq peyvəndi olmadan sağ qalan qadının hekayəsitibb dünyasını təəccübləndirib
Vardanyanın məhkəməsi başlayır