Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
121016
az

Əhaliyə XƏBƏRDARLIQ -Bu səhər ƏN GÜCLÜ…

12:0024 Oktyabr, 2024
86
SON DƏQİQƏ
  • A

Oktyabrın 9-dan bəri ilk dəfə Günəşdə ən yüksək sinif X3.3 olan yeni alışma qeydə alınıb.

Oxu24.com  Tass-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın Tətbiqi Geofizika İnstitutu məlumat yayıb.

"Oktyabrın 24-də Bakı vaxtı ilə saat 07:57-də 3869 (S16E76) günəş ləkələri qrupunda rentgen diapazonunda 44 dəqiqə davam edən X3.3 alışma aşkar edilib", - deyə institutun açıqlamasında bildirilib.

Alışmadan sonra günəş rentgen şüalarının Yerin ionosferinə təsir səviyyəsi beş göstərici miqyasında R3 (güclü) səviyyəsinə çatıb, burada ən yüksək R5 (ekstremal) səviyyə qeydə alına bilir.

Günəşdə partlayış beş sinifə bölünür: A, B, C, M və X. Onlar günəş plazmasının emissiyaları ilə müşayiət olunur, onların buludları Yerə çatdıqda maqnit qasırğaları qeydə alınır.

Xatırladaq ki, oktyabrın 16-da ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsinin (NASA) alimləri 11 illik dövr ərzində günəşin pik aktivliyi dövrünün başlandığını rəsmən təsdiqləyiblər.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

XƏBƏRDARLIQ! 3 gün su olmayacaq
"MERO" rəisi yüksək vəzifəyə      təyin          olundu
Nazir müavinindən Bakı-Sumqayıt yolundakı sıxlıqla bağlı  AÇIQLAMA

Dünyamız haqqında 25 qısa fakt

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Futbolçu oyunda vuruldu - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Meymunçiçəyinə yoluxma zamanı bu etmək olmaz— HƏKİMDƏN AÇIQLAMA
Göldə 40 yaşlı kişinin meyiti tapıldı