İsrailin Qəzza zolağında Siyasi Büronun rəhbəri Yəhya Sinvarı aradan götürməsindən sonra Fələstinin radikal HƏMAS hərəkatı hələ də yeni lider seçməyib.
Oxu24.com xəbər verir ki, bunu RİA Novosti-yə müsahibəsində HƏMAS Siyasi Bürosunun rəhbərinin müavini Musa Əbu Mərzuk deyib.
O qeyd edib ki, HƏMAS-ın yeni rəhbərinin adı rəsmi olaraq açıqlanacaq və gizlədilməyəcək.
Marzuk deyib ki, İsrail “Həmas”ı Qəzza zolağından çıxara bilməyəcək.
Fələstinin radikal HƏMAS hərəkatının minlərlə silahlı yaraqlısının ötən oktyabr ayında İsrail sərhədindəki yaşayış məntəqələrinə hücumundan sonra Yaxın Şərqdə vəziyyət daha da pisləşib. HƏMAS bu hücumu İsrail hakimiyyətinin Qüdsdəki Əl-Əqsa məscidinə qarşı hərəkətlərinə cavab adlandırıb. İsrail Qəzza zolağının tam blokadaya alındığını elan edib və hərbi əməliyyat çərçivəsində ora və Livan və Suriyanın bəzi ərazilərinə zərbələr endirməyə başlayıb. İordan çayının qərb sahilində də toqquşmalar baş verir.
Yəhya Sinvar bu hücumun təşkilatçısı adlanır. Bu il oktyabrın 17-də İsrail Müdafiə Qüvvələri (IDF) Sinvarın Qəzza zolağında İsrail hərbçiləri tərəfindən məhv edildiyini açıqlayıb.
Yəhya Sinvar iyulun sonunda Tehranda İsrail ordusunun İsmayıl Haniyəni ləğv etməsindən sonra avqust ayında Həmas siyasi bürosunun rəhbəri təyin edilib.
Bundan əvvəl HƏMAS-ın keçmiş rəhbərinin İsrailə hücumdan əvvəl tuneldə olmasının görüntüləri ortaya çıxıb.
Miri
Oxu24.com
ŞƏRHLƏR