Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
120999
az

Ərdoğanı BRİKS sammitinin ən fövqəladə qonağı adlandırdılar

10:5024 Oktyabr, 2024
66
DÜNYA
  • A

"Türkiyə prezidenti Rəcəb Ərdoğan BRİKS-in Kazanda keçirilən sammitinin ən fövqəladə qonağı olub, çünki o, NATO üzvü olan dövlətin yeganə nümayəndəsi idi".

Oxu24.com  xəbər verir ki,  bu barədə “The New York Times” (ABŞ) qəzeti yazıb. 

"İştirak edən onlarla lider arasında bir qonaq digərlərindən fərqli idi. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan BRİKS sammiti kimi tanınan toplantılarda iştirak edən NATO ölkəsinin yeganə lideri idi", - məqalədə deyilir.

Müşahidəçilər Ankaranın NATO-da strateji tərəfdaş olaraq qalmasına, lakin anti-Rusiya sanksiyalarına qoşulmaqdan imtina etməsinə və Moskva ilə ticarəti artırmasına diqqət çəkib.

Brookings İnstitutunun əməkdaşı Aslı Aydıntaşbaş bunu Türkiyə liderinin müxtəlif ölkələrlə əməkdaşlığa hazır olması, eləcə də ABŞ-Nİn tənəzzülü fonunda Türkiyənin çoxqütblü dünyada yaşamaq istəyi ilə əlaqələndirib.

Lakin Türkiyə lideri Kazanda proqramını yarımçıq qoyaraq Türkiyəyə qayıdıb. Buna səbəb Ankarada törədilən terror aktıdır.

Qeyd edək ki, Ankarada hərbi təyyarə və kosmik texnika istehsalçısı olan Türkiyənin TUSAŞ korporasiyasının binası yaxınlığında partlayış baş verib, ardınca atışma olub. Ankara Baş Prokurorluğu terror aktı ilə bağlı istintaqa başlayıb. Terror aktı nəticəsində 5 nəfər ölüb, 22 nəfər yaralanıb. 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Aktauda qəzadan sağ çıxanlardan biriməşhur alimin qızı imiş - FOTO
Pilot təyyarəni niyə dənizə endirməyib?- AÇIQLAMA
Serbiyada etiraz       aksiyası       keçirilir

Başı kəsilən canlı 2 həftə yaşadı - MARAQLI FAKT

18+

Parkda təcavüz olunan qadın öldü
Həmin görüntülər yayıldı: Pilotlar nə deyirmiş?
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Pirotexniki vasitələr satan 17     nəfər      saxlanıldı