Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
120982
az

Türkiyədəki terrorda ölü və yaralı sayı artdı -VİDEO/YENİLƏNDİ

22:5523 Oktyabr, 2024
83
CƏMİYYƏT
  • A

Türkiyədə TUSAŞ-ın istehsal obyektində baş verən terrorda ölənlərin sayı 5 nəfərə, xəsarət alanların sayı isə 22 nəfərə çatıb.

Bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya bildirib.

Onun sözlərinə görə, yaralananlardan üçü artıq xəstəxanadan buraxılıb.

***

TUSAŞ-ın istehsal obyektində baş verən terrorda ölənlərin sayı 4-ə yüksəlib.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayib Ərdoğan Kazanda Rusiya Prezidenti Vladimir Putinlə görüşündə deyib.

***

Türkiyədə TUSAŞ-ın istehsal obyektində baş verən terrorda 3 nəfər ölüb, 14 nəfər yaralanıb.

 Bunu Türkiyənin daxili işlər naziri Ali Yerlikaya "X" sosial şəbəkəsindəki səhifəsində yazıb.

O bildirib ki, 2 terrorçu hüquq-mühafizə orqanları tərəfindən zərərsizləşdirilib

***

TUSAŞ-a hücumu həyata keçirən 3 terrorçudan 2-si zərərsizləşdirilib.

OXU24.COM xəbər verir ki, digər terrorçunun zərərsizləşdirilməsi istiqamətində əməliyyat davam etdirilir.

"İHA"nın məlumatına görə, Türkiyə daxili işlər naziri Ali Yerlikaya hadisə yerinə gəlib.

***

TUSAŞ-da ikinci partlayış baş verib.

 Türkiyə KİV-ləri ilkin məlumata görə, 9 nəfərin öldüyünü yazır.

Həmçinin çoxlu sayda insanın girov götürüldüyü təxmin edilir.

***

Türkiyənin Ankara şəhərində yerləşən dövlət aerokosmik şirkəti – TUSAŞ-ın binasının qarşısında partlayış baş verib.

OXU24.COM xəbər verir ki, Türkiyə daxili işlər naziri Ali Yerlikaya "X" hesabında terror hadisəsinin baş verdiyini, ölən və yaralananların olduğunu bildirib.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

COP29-un yüksək təşkilinə görə Azərbaycana təşəkkür edildi -QƏTNAMƏ
COP29-un bağlanış plenar iclası keçirilir
Uçan naməlum obyektlər var? – Pentaqonun yeni hesabatı

Dünyanın ən uzun və ən qısa qadını ilk dəfə bir arada -VİDEO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Eltisi tərəfindən piyləri çıxarılan qadın öldü - BAKIDA ŞOK
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Nazir psixiatriya xəstəxanasının direktorunu işdən çıxardı- Yeni təyinat (FOTO)
Sahibkarın 70 min manatını mənimsəyib"TikTok"da    hədiyyələrə    xərclədi