Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
120975
az

Hikmət Hacıyevdən Avropa komissarının əsassız ittihamlarına CAVAB

20:4323 Oktyabr, 2024
79
CƏMİYYƏT
  • A

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Avropa komissarı Nikolas Şmitin çərşənbə axşamı Strasburqda Avropa Parlamentində səsləndirdiyi əsassız ittihamlara və absurd çağırışlara cavab verib.

OXU24.COM  xəbər verir ki, bu barədə o, “POLITICO”ya açıqlamasında danışıb.

“Avropa Parlamentindəki bəzi müzakirələr bizə absurd teatrını və ya sirki xatırladır. Dünya bu qurumda biabırçı korrupsiya əməllərini gördü. Azərbaycana qarşı bu cür əsassız iddialar səsləndirənlərin çoxu erməni lobbisi tərəfindən maliyyələşdirilir və Ermənistan hakimiyyətinin piar kampaniyasının tərkib hissəsidir”, - H.Hacıyev deyib.

O, həmçinin Avropa İttifaqının İnsan Hüquqları üzrə Komissarına məsləhət də görüb:

“Başqalarına ağıl verməkdənsə, Avropa İttifaqında artan insan hüquqları problemlərinə ciddi yanaşsa daha yaxşı olar. Günahsız mülki azərbaycanlıları qətlə yetirmiş erməni hərbi cinayətkarların azadlığa buraxılması çağırışları nasist hərbi cinayətkarlarının azad edilməsinə bərabərdir”.

Oxu24.com

ŞƏRHLƏR

6 aylıq uşaq bir ayda 45 min dollar qazandı - FOTO

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Fil insanı belə öldürdü - VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Protez və implantlara alternativ dərman    sınaqdan       keçirildi
Sumqayıtda kişi avtomobildə yanaraq ölüb