Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
120967
az

Orban: Macarıstan Avropa Birliyinin kuklası olmaq istəmir

19:1123 Oktyabr, 2024
72
DÜNYA
  • A

Macarıstan Avropa Birliyinin (Aİ) kuklasına çevrilməyəcək, şantajlara boyun əyməyəcək və öz azadlığı uğrunda mübarizə aparacaq.

Oxu24.com  xəbər verir ki, bunu respublikanın baş naziri Viktor Orban deyib.

“Xalqımız Macarıstanın Brüsselin kuklasına və vassalına çevrilməsinə dözməyəcək. İmperiya bizi şantaj edəndə qorxmuruq. Bilirik ki, onlar ölkəmizi genişmiqyaslı müharibəyə sürükləmək istəyirlər. Üstəlik, miqrantları macarlara qarşı qoymaq istəyirlər, uşaqlarımızı gender fəallarına təhvil vermək istəyirlər”, - deyə siyasətçi qeyd edib.

Orbanın sözlərinə görə, Budapeşt bilir ki, Brüssel Macarıstan üçün “artıq “kukla hökumət” seçib, bir partiyadır, həmçinin “bütün bunlara rəhbərlik edəcək ideal namizədi” seçib. Eyni zamanda, Baş nazir macarların "bunun baş verməsinə imkan verməyəcəklərinə və azadlıqları üçün mübarizə aparacaqlarına" əmin olduğunu bildirib.

Bundan əvvəl Orban demişdi ki, Brüsselin avropalı bürokratları və diplomatları Qərb dövlətlərini puç müharibəyə məhkum ediblər və onlar bu müharibəni Rusiya ərazisinə keçirmək istəyirlər.

 

Nigar

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

"Uzak Şehir"dəki Fidanın real həyatdakı görkəmi heyrətə gətirdi - FOTO
Belarusda prezident seçkilərində erkən səsvermə başa çatdı
Ermənistan növbədənkənar parlament seçkilərinə gedir? -Paşinyandan AÇIQLAMA

Dünyamız haqqında 25 qısa fakt

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Futbolçu oyunda vuruldu - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Meymunçiçəyinə yoluxma zamanı bu etmək olmaz— HƏKİMDƏN AÇIQLAMA
Göldə 40 yaşlı kişinin meyiti tapıldı