Almaniyanın müdafiə naziri Boris Pistorius Londonda ingilis həmkarı Con Healey ilə hərbi əməkdaşlığı gücləndirmək və müasir silahların inkişaf etdirilməsi üçün müqavilə imzalayıb.
Bu barədə xarici KİV məlumat yayıb.
Pistorius əmin edib ki, NATO müttəfiqləri müdafiə və çəkindirmə imkanlarını gücləndirməyə sadiqdirlər.
Yeni razılaşmaya əsasən, Şotlandiya bazasında Şimali Atlantikada patrulluq etmək üçün Almaniyanın sualtı qayıq əleyhinə təyyarələri yerləşdiriləcək. Ölkələr Şimal dənizində sualtı kabellərin qorunması üçün sıx əməkdaşlıq etmək niyyətindədirlər.
Ölkələr həmçinin Britaniyanın “Storm Shadow” raketlərindən daha geniş mənzilli uzunmənzilli zərbə silahlarının hazırlanmasına üstünlük verəcəklər.
Miri
Oxu24.com
ŞƏRHLƏR